...

Çində ötən sutkada koronavirusa 2 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 7 May 2020 05:55 (UTC +04:00)
Çində ötən sutkada koronavirusa 2 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Çində ötən sutka ərzində yeni növ koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, hər iki yoluxma halı xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Bildirilir ki, ölkədə hazırkı dövrədək xaricdən gələn vətəndaşlar arasında 1 680 yoluxma halı aşkarlanıb.

Qeyd edilir ki, son günlər ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 885 nəfərə, ölənlərin sayı isə 4 633 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti