...

Rusiya koronavirus vaksininin hazırlanmasında İsraillə əməkdaşlıq edəcək

Dünya xəbərləri Materials 8 May 2020 15:34 (UTC +04:00)
Rusiya və İsrailin müvafiq qurumları koronavirus vaksininin hazırlanması və tədqiqatları çərçivəsində əməkdaşlıq edəcək
Rusiya koronavirus vaksininin hazırlanmasında İsraillə əməkdaşlıq edəcək

Bakı. Trend:

Rusiya və İsrailin müvafiq qurumları koronavirus vaksininin hazırlanması və tədqiqatları çərçivəsində əməkdaşlıq edəcəklər.

Trend-in məlumatına görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

Məlumata əsasən, ölkə liderləri Rusiya və İsrailin tibbi, eləcə də tədqiqat müəssisələrinin bu sahədə müntəzəm əməkdaşlıq etməsi barədə razılıq əldə ediblər.

Bundan başqa, V.Putin və B.Netanyahu bir sıra beynəlxalq məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti