...

Efiopiyada 12 nəfər daşqınlar və torpaq sürüşmələrinin qurbanı olub

Dünya xəbərləri Materials 9 May 2020 22:43 (UTC +04:00)
Efiopiyada 12 nəfər daşqınlar və torpaq sürüşmələrinin qurbanı olub

Bakı. Trend:

Efiopiyada güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daşqınlar və torpaq sürüşmələri nəticəsində son 24 saat ərzində azı 12 nəfər həlak olub.

Bildirilir ki, daha 5 nəfər itkin düşüb, onların axtarışları davam etdirilir. Ölkənin rayonlarından birində torpaq sürüşməsi nəticəsində 6 yaşayış evi dağılıb.

Fövqəladə vəziyyətlər üzrə Milli İdarənin komissarının müavini Damene Darota bildirib ki, hazırda 19 min insan təhlükə zonasındadır: "Böyük əraziləri su basma riski artır. İntensiv yağışlar davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti