...

Paşinyan: Ermənistanda koronavirusla əlaqədar məhdudiyyətlər yenidən tətbiq oluna bilər

Dünya xəbərləri Materials 13 May 2020 13:26 (UTC +04:00)
Paşinyan: Ermənistanda koronavirusla əlaqədar məhdudiyyətlər yenidən tətbiq oluna bilər

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxma templəri indiki kimi davam edəcəksə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, koronavirus böhranı ictimaiyyətin diqqətindən uzaqlaşır və bu da problemlərin artmasına səbəb olur:

“Artıq bir neçə gündür ki, ölkədə 100-dən çox yoluxma qeydə alınır. Bu onu bildirir ki, epidemioloji tələblərə tam əməl olunmur. Bu cür templə biz çox ciddi böhranla üzləşə bilərik”.

Qeyd edək ki, bu günədək Ermənistanda 3 718 koronavirusa yoluxub, 50-yə yaxın xəstə ölüb.

Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunsa da, mayın 4-dən bəzsi məhdudiyyətlər aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti