Bakı. Trend:
ABŞ pandemiyadan sonra öz iqtisadiyyatını əvvəlkindən daha da güclü edə biləcək.
Trend-in məlumatına görə, bunu ölkə prezidenti Donald Tramp deyib.
“Fox Business” telekanalına müsahibəsi zamanı ABŞ prezidenti bildirib:
“Mən bu müddəti böyüklüyə keçid dövrü adlandırıram. Üçüncü rüb keçid dövrü olacaq, dördüncü rübdə işlər daha yaxşı olacaq”
D.Tramp əlavə edib ki, bərpa müddətində ABŞ-ın güclü dollara ehtiyacı var.