Bakı. Trend:
İslandiya iyunun 15-dən turistlər üçün sərhədləri açır.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Katrin Yakobsdouttir deyib.
Onun sözlərinə görə, ölkəyə gələnlər üçün ikihəftəlik karantin də ləğv edilir, lakin turistlər ekspress-testdən keçməli olacaqlar.
Qeyd edək ki, İslandiyada 1802 nəfər koronavirusa yoluxub, 10 nəfər koronavirusdan ölüb.