...

İranda daha 62 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 19 May 2020 13:51 (UTC +04:00)
İranda daha 62 nəfər koronavirusdan öldü

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 62 nəfərə koronavirusdan (COVID-19) ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, bununla da indiyədək İranda bu virusdan ölənlərin sayı 7 119 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 111 nəfərin koronavirusa yoluxması öz təsdiqini tapıb və İranda bu virusa yoluxanların sayı 124 603 nəfərə yüksəlib. Onlardan 2 698 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi ölkədə indiyədək 97 173 nəfərin koronavirusdan sağaldığını deyib. İranda koronavirusun diaqnozu ilə əlaqədar 716 mindən çox test həyata keçirilib.

Cahanpur bildirib ki, İranın Xuzistan vilayətində vəziyyət hələlik qırmızı dərəcədə qiymətləndirilir. Digər vilayətlərdə vəziyyət nisbətən yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti