...

Moskvada sutka ərzində 2 699 koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 21 May 2020 02:44 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 68 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 68 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 794-ə, yoluxma hallarının sayı gün ərzində 2 699 yenisi qeydə alınmaqla 152 276-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti