...

Braziliyada sutka ərzində 20 minə yaxın insanda koronavirus aşkarlanıb

Dünya xəbərləri Materials 21 May 2020 05:59 (UTC +04:00)
Braziliyada sutka ərzində 20 minə yaxın insanda koronavirus aşkarlanıb

Bakı. Trend:

Braziliyada son sutka ərzində 19 951 nəfərdə koronavirus aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər verib.

Ümumilikdə pandemiya dövründə bu virusa yoluxanların sayı ölkədə 291 579, ölənlərin sayı son sutkada 889 olmaqla 18 860, sağalananların sayı isə 116 683 təşkil edib.

Bildirilir ki, ən çox yoluxma halları San-Paulu ştatında qeydə alınıb. Burada ümumilikdə koronavirusa yoluxma sayı 70 min, ölənlərin sayı isə 5,3 min nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti