Bakı. Trend:
Yaponiyanın şimal sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hokkaydo prefekturasının Tokati dairəsi yaxınlığında, ocağı isə okean qatı altında 90 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ prefekturanın bütün rayonlarında hiss edilib.