...

Tunis sərhədlərini iyunun 27-də açır

Dünya xəbərləri Materials 2 İyun 2020 03:31 (UTC +04:00)
Tunis sərhədlərini iyunun 27-də açır

Bakı. Trend:

Tunis hakimiyyəti ölkə sərhədlərini iyun ayının 27-dən açmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə respublika hökumətinin mətbuat xidməti xəbər yayıb

Qərar baş nazir Elias Fəhfahinin sədrliyi ilə keçirilən koronavirusa nəzarət üzrə milli komissiyanın iclasında qəbul edilib.

"Sosial-iqtisadi və sanitar vəziyyəti müzakirə etdikdən sonra komissiya iyunun 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarına gəlib", - məlumatda bildirilir.

Komissiya 4 iyun tarixindən etibarən ölkə daxilində əyalətlər arasında hərəkət məhdudiyyətlərinin ləğv edilməsinə də qərar verib.

Tunis səhiyyə nazirliyinin son məlumatına görə, ölkədə ümumilikdə 1084 koronavirus infeksiyasına yoluxma halı aşkar edilib, 48 nəfər ölüb, 964 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti