...

Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 4 İyun 2020 10:44 (UTC +04:00)
Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb

Bakı. Trend:

Ermənistanda son sutka ərzində 697 koronavirusa yoluxma halı qeydə alınıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin bildirib ki, ötən gün 6 nəfər virusun qurbanı olub.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 11 221-ə, ölənlərin sayı isə 176-ya çatıb.

N.Paşinyanın sözlərinə görə, Ermənistanda virusa 20 minədək insan yoluxa bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti