...

Ermənistanda koronavirusa yoluxanların sayı 12 minə çatır

Dünya xəbərləri Materials 5 İyun 2020 11:15 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 11 817 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 596 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 183 nəfər koronavirusdan ölüb, 8 121 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti