Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 2 886 nәfәr koronavirusa (COVID19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 167 156 nәfәrә yüksәlib. Onlardan 2 573 nәfәrin vәziyyәti ağırdır.
O, әlavә edib ki, ötәn 24 saat әrzindә daha 63 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 8 134 nәfәrә çatıb.
Nazirlik rәsmisi indiyәdәk 129 741 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda ümumilikdə 1,04 milyondan çox diaqnoz testi hәyata keçirilib.