...

Ermənistanda ötən gün 18 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 11 İyun 2020 11:06 (UTC +04:00)
Ermənistanda ötən gün 18 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 14 669 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 566 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 18 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 245 nəfər koronavirusdan ölüb, 8 876 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti