...

Fuat Oktay: Türkiyədə baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 14 İyun 2020 23:15 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Bingöl əyalətində baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

F.Oktay bildirib: "Bingöldə baş verən zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb. Hazırda xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur".

Onun sözlərinə görə, hazırda zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.

Bingöl əyalətinin icra hakimiyyətindən bildiriblər ki, zəlzələ zamanı dağıntılar altında qalan 1 nəfər vəfat edib.

Xatırladaq ki, bu gün Türkiyənin Bingöl əyalətində 5,7 bal gücündə zəlzələ olub. Zəlzələ yaxınlıqdakı əyalətlərdə də hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti