...

ABŞ-ın 4 ştatında koronavirusa yoluxma halları kəskin artıb

Dünya xəbərləri Materials 20 İyun 2020 08:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Arizona, Florida, Texas və Cənubi Karolina ştatlarında yeni növ koronavirusa yoluxma halları kəskin artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Arizona ştatında ötən sutka ərzində 3 246 nəfər koronavirusa yoluxub və 41 nəfər koronavirusdan ölüb, yoluxanların ümumi sayı 46 689 nəfərə, ölənlərin sayı isə 1 312 nəfərə çatıb.

Bildirilir ki, bundan əvvəlki antirekord iyunun 18-i qeydə alınıb (2 519 yoluxma halı).

Florida ştatında ötən sutka ərzində 3 822 nəfər yoluxub, 43 nəfər isə ölüb. Burada da daha əvvəlki antirekord iyunun 18-i qeydə alınıb (3 207).

Qeyd edilir ki, yoluxma halları Texas və Cənubi Karolina ştatlarında da kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti