...

Ermənistanda koronavirusdan ölənlərin sayı 360 nəfərə çatdı

Dünya xəbərləri Materials 22 İyun 2020 11:08 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 360 nəfərə çatdı

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 20 588 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 320 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 360 nəfər koronavirusdan ölüb, 11 097 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti