...

İranın xurma ixracı azalıb

Dünya xəbərləri Materials 24 İyun 2020 10:31 (UTC +04:00)
İranın xurma ixracı azalıb

Bakı. Elnur Bağışov - Trend:

Ötən ilin martından bu ilin martına qədər İran 211 milyon dollar dəyərində 238 min ton xurmanı 83 ölkəyə ixrac edib. Bundan əvvəlki il isə ixrac 400 milyon dollar dəyərində olub.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

Qeyd edək ki, İranda 6-cı inkişaf proqramına (2016-2021) əsasən ildə 5 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edilməlidir. Bu proqramda xurmanın payı 500 milyon dollardır.

R.Lətifinin sözlərinə görə, “Mozafati” xurmasının ixracı 103 milyon dollar dəyərində 98,3 min ton olub və bütün xurma ixracının 49%-i təşkil edib.

Lətifi əlavə edib ki, İran 9,3 milyon dollar dəyərində 10 min ton “Mozafati” xurmasını Pakistana, 7,85 milyon dollar dəyərində 8,35 min ton “Mozafati” xurmasını Qazaxıstana, 8,68 milyon dollar dəyərində 7,57 min ton “Mozafati” xurmasını Birləşmiş Ərəb Əmirliklərinə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti