...

Türkiyə SQ İraqın şimalındakı terrorçuları məhv etməyi hədəfləyir

Dünya xəbərləri Materials 26 İyun 2020 23:16 (UTC +04:00)
Türkiyə SQ İraqın şimalındakı terrorçuları məhv etməyi hədəfləyir

Bakı. Trend:

İraqın şimalında davam edən "Pençe-Kaplan" əməliyyatının yeganə hədəfi PKK terrorçularıdır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, "Pençe-Kaplan" əməliyyatı zamanı, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki əməliyyatlarında da olduğu kimi, heç bir iraqlı mülki şəxs xəsarət almayıb və almayacaq: "Türkiyə Silahlı Qüvvələri mülki vətəndaşları, tarixi, mədəni və dini obyektləri toxunulmaz hesab edir. Terrorizmə qarşı mübarizə ümumbəşəri və mənəvi dəyərlərə uyğun aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti