...

Moldovada koronavirusa yoluxanların sayı 15 776 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 İyun 2020 00:28 (UTC +04:00)
Moldovada koronavirusa yoluxanların sayı 15 776 nəfərə çatıb

Bakı. Trend:

Moldovada ötən sutka ərzində yeni növ koronavirusa daha 323 nəfər yoluxub.

Trend-in Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Bu gün 1 812 test keçirilib. Nəticədə 323 nəfərin testinin nəticəsi müsbət çıxıb".

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların sayı 15 776 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 15 nəfəri dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti