...

Qırğızıstanda daha 269 koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 29 İyun 2020 08:56 (UTC +04:00)
Qırğızıstanda daha 269 koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Qırğızıstanda sutka ərzində daha 269 COVID-19 ilə yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə bu gün brifində Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev bildirib.

Onun sözlərinə görə, ötən sutka ərzində 2 min 722 laboratoriya müayinəsi aparılıb. Nəticədə 269 yeni koronavirusa yoluxma halı müəyyən edilib.

Yeni hallardan 9-u xaricdən getirilib, qalanları ölkə daxilində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti