...

Qırğızıstanın sabiq Prezidenti xəstəxanaya yerləşdirildi

Dünya xəbərləri Materials 30 İyun 2020 10:20 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanın həbsdə olan sabiq Prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniyaya yoluxub.

Trend-in məlumatına görə, bununla əlaqədar o, təcridxanadan xəstəxanaya keçirilir.

Xəstəliyi ilə əlaqədar A.Atambayev koronavirus testindən keçib. Testin nəticələri mənfi olub.

Onun sağlamlıq vəziyyəti barədə digər məlumatlar verilməyib.

Xatırladaq ki, A.Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti