...

Çində son sutkada koronavirusa daha 9 yoluxma faktı aşkarlanıb

Dünya xəbərləri Materials 3 İyul 2020 07:32 (UTC +04:00)

Bakı. Trend:

Çində ötən sutka ərzində 9 nəfərdə koronavirusa yeni yoluxma faktı qeydə alınıb, onlardan 5-də virusun aktiv forması aşkarlanıb.

Trend-in məlumatına görə, aktiv formada aşkarlanan yeni yoluxma hallarından üçü xaricdən gələn vətəndaşlarda, ikisi isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Simptomsuz 4 koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 542 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti