...

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 11 İyul 2020 17:38 (UTC +04:00)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 552 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu yoluxmalardan 314-ü paytaxt Bişkekdə qeydə alınıb.

Bu günədək Qırğızıstanda koronavirusa yoluxanların ümumi sayı 9 910 nəfərə çatıb.

Ötən gün koronavirusdan 3 nəfər ölüb, 102 nəfər sağalıb, ölənlərin ümumi sayı 125 nəfər, sağalananların ümumi sayı isə 3 236 nəfərdir.

Pandemiya dövründə ölkədə 1 529 tibb işçisi də koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti