...

Rusiyada son sutkada 5 848 nəfər koronavirusa yoluxdu, 147 nəfər öldü

Dünya xəbərləri Materials 23 İyul 2020 12:36 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutka ərzində 5 848 artıb.

Trend-in məlumatına görə, bununla ümumi yoluxma sayı 795 038-ə çatıb.

Son sutka ərzində 147 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 892 nəfərə çatıb.

Rusiya yoluxma sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti