...

Braziliyada koronavirusa daha 59 961 nəfər yoluxub

Dünya xəbərləri Materials 24 İyul 2020 11:38 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 59 961 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 2 287 475 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 311 nəfər ölüb, ölənlərin ümumi sayı 84 082 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək 1 570 237 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti