...

Moskvada koronavirusdan ölənlərin sayı 4 434 nəfərə yüksəlib

Dünya xəbərləri Materials 29 İyul 2020 01:56 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 4 434 nəfərə yüksəlib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 13 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə paytaxt koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

Ümumilikdə paytaxtda təsdiqlənmiş koronavirus xəstəliyi olan 4 434 nəfər ölüb, 239 mindən çox virusa yoluxma halı qeydə alınıb, 176 min xəstə sağalıb.

Ölkədə isə 13 504 ölüm, 823 515 yoluxma qeydə alınıb, 612 217 nəfərin sağalması bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti