Bakı. Trend:
Kolumbiyada ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda - 11 470 yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumaat görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 317 651 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində həmçinin 6 531 nəfərin sağaldığı və 320 nəfərin ölümü təsdiqlənib. Sağalanların sayı 167 239 nəfər, koronavirusdan ölənlərin sayı isə 10 650 nəfərə çatıb.