...

Çində ötən sutka ərzində 27 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Dünya xəbərləri Materials 5 Avqust 2020 09:13 (UTC +04:00)
Çində ötən sutka ərzində 27 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 1-i xaricdən gələn vətəndaşlarda, 22-si isə ölkə daxilində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 24 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 491 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti