Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 51 603 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 801 921 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 154 nəfər ölüb, ölənlərin ümumi sayı 95 819 nəfər təşkil edir.