...

Estoniyada koronavirusun ikinci dalğası başlayır

Dünya xəbərləri Materials 6 Avqust 2020 00:57 (UTC +04:00)
Estoniyada koronavirusun ikinci dalğası başlayır

Bakı. Trend:

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir: “Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar”.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1 idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti