...

İsraildə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb

Dünya xəbərləri Materials 10 Avqust 2020 09:17 (UTC +04:00)
İsraildə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb

Bakı. Trend:

İsraildə ötən gün yeni növ koronavirusa 678 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 83 002 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 57 533 nəfəri sağalıb, 600 nəfəri isə vəfatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti