Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 52 160 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 109 630 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 274 nəfər ölüb, ölənlərin ümumi sayı 103 026 nəfər təşkil edir.