...

Atambayevin həbs qərarı qüvvədə saxlanıb

Dünya xəbərləri Materials 14 Avqust 2020 10:58 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanın Bişkek şəhər məhkəməsi ölkənin sabiq prezidenti Almazbek Atambayevin həbs qərarını qüvvədə saxlayıb.

Trend-in məlumatına görə, birinci instansiya məhkəməsinin qərarı ilə bağlı həm müdafiə, həm də ittiham tərəfi apellyasiya şikayəti vermişdi.

Qeyd edək ki, A.Atambayev iyunun 23-də korrupsiya ittihamı ilə 11 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti