Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Malidə hərbçilərin qiyamından sonra həbs edilmiş vəzifəli şəxsləri dərhal azad etməyə və hərbçiləri hərbi hissələrə qayıtmağa çağırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının Malidəki vəziyyətlə əlaqədar təcili iclasının yekunları üzrə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri Malidəki son hadisələrə görə dərin narahatlıqlarını ifadə edirlər". Şuranın üzvləri avqustun 18-i Malidə baş verən hadisələri qınayıblar.
Təhlükəsizlik Şurasının üzvləri həmçinin ölkədə hüquqi və konstitusiya quruluşunun təcili şəkildə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.