...

Kaliforniyadakı yanğın qurbanları 5-ə çatıb

Dünya xəbərləri Materials 21 Avqust 2020 10:30 (UTC +04:00)
Kaliforniyadakı yanğın qurbanları 5-ə çatıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında baş verən yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Trend-in məlumatına görə, hazırda fəlakətdən 30-dan çox yerli sakin və yanğınsöndürən zərər çəkib. İki nəfərin itkin düşdüyü bildirilir. 125 min hektardan çox ərazini əhatə edən yanğınlar artıq 170-dən çox binanı məhv edib. Əyalətin şimalındakı daha 50 min tikili təhlükədədir.

Hadisə ilə bağlı 100 minə yaxın sakin təxliyə edilib.

Kaliforniya qubernatorunun sözlərinə görə, son bir neçə gündə təxminən 11 min ildırım vurması qeydə alınıb, bunun nəticəsində 367 yeni yanğın ocağı yaranıb. Yanğının söndürülməsinə 10 min yanğınsöndürənin cəlb olunub.

Avqustun 18-dən isti dalğaları və yanğınlar səbəbilə ştatda fövqəladə vəziyyət elan edilib. Ölüm Vadisində temperatur 54,4 dərəcəyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti