Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatını bürüyən meşə yanğınlarına görə yerli hakimiyyətə federal yardım barədə sərəncam verib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumatda deyilir: "Prezident Donald Tramp Kaliforniyada böyük bir təbii fəlakət baş verdiyini elan edib və ştatın hakimiyyət orqanlarının səylərinə əlavə federal yardım göstərməyə tapşırıq verib".
Qeyd edilib ki, yardıma müvəqqəti mənzil və ev təmirləri üçün qrantlar, sığortalanmamış əmlaka dəyən ziyanı ödəmək üçün aşağı faizli kreditlər və fiziki şəxslərə və biznes sahiblərinə fəlakətdən qurtulmağa kömək edən digər proqramlar daxil ola bilər.