...

Ermənistan iqtisadiyyatı kəskin azalıb

Dünya xəbərləri Materials 25 Avqust 2020 11:44 (UTC +04:00)
Ermənistan iqtisadiyyatı kəskin azalıb

Bakı. Trend:

2020-ci ilin ikinci rübündə Ermənistanın ümumi daxili məhsulu 13,7 faiz azalıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına əsasən, bu barədə ölkənin Statistika Komitəsinin hesabatında deyilir.

Bu cür kəskin azalmanın səbəbi kimi koronavirus pandemiyası ilə əlaqədar iqtisadi fəaliyyətin məhdudlaşdırılması göstərilir.

Bu ilin ilk 6 ayı ərzində Ermənistan iqtisadiyyatı 7,1 faiz azalıb. Bu müddət ərzində ölkənin ÜDM-i 5,3 milyard dollara bərabər olub.

Mütəxəssislər 2020-ci ildə ölkə iqtisadiyyatının 7 faizədək azala biləcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti