Bakı. Trend:
Hindistanda son 24 saat ərzində 77,2 min nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.
Bu günədək ölkədə virusa yoluxanların sayı 3,4 milyon nəfərə çatır. Onlardan 63 minə yaxın nəfəri ölüb. Sağalananların sayı təxminən 2,7 milyon nəfər təşkil edir.
Bildirilir ki, virus əsasən məhdud səhiyyə mənbələri olan kənd yerlərində və təcrid olunmuş cəmiyyətlərdə yayılır.
Bir çox mütəxəssis Hindistanda koronavirusun yayılması probleminin əslində daha da geniş olduğunu güman edir və bunu ölkədə kifayət qədər testin keçirilməməyi ilə əlaqələndirir.