Bakı. Trend:
“Apple” şirkəti ilin sonunadək 5G texnologiyasını dəstəkləyən 75 milyon smartfon istehsal etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi yazır.
Qeyd olunur ki, “Apple” bu təkliflə tədarükçülərə müraciət edib. Bu göstərici “Apple”ın ötənilki istehsal göstəricilərinə bərabərdir.
Xatırladaq ki, şirkət oktyabr ayında 4 yeni “iPhone” modelini satışa çıxaracaq. Bu smartfonların 5G texnologiyasını dəstəkləyəcəyi deyilir.