...

Rusiyada daha 5 200 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 5 Sentyabr 2020 13:13 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,02 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 205 nəfər virusa yoluxub, 110 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 020 310 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 759 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 838 126 nəfər virusdan sağalıb, 164 425 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti