...

İranda koronavirusdan ölənlərin sayı 22410 nəfərə çatıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 13:57 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 22410 nəfərə çatıb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 2 152 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə indiyədək İranda bu virusa yoluxanların sayı 388 810 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 733 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 117 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 22 410 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 335 572 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti