...

Braziliyada koronavirusa daha 35 816 nəfər yoluxub

Dünya xəbərləri Materials 10 Sentyabr 2020 09:57 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 35 816 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 197 889 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 075 nəfər ölüb, ölənlərin ümumi sayı 128 539 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti