...

Türkiyədə FETÖ əməliyyatı - Hərbçilər və vəkillər saxlanılıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 11:41 (UTC +04:00)
Türkiyədə FETÖ əməliyyatı - Hərbçilər və vəkillər saxlanılıb

Bakı. Trend:

Türkiyənin 17 vilayətində FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrindəki mənsublarına qarşı polis əməliyyatı keçirilib.

İstanbul prokurorluğunun təlimatı ilə keçirilən əməliyyat zamanı 44 nəfər saxlanılıb. Onlardan 21 nəfəri hərbçi, 13 nəfəri isə mülki şəxs olub.

Bundan başqa, Ankara prokurorluğunun təlimatı ilə 7 vilayətdə FETÖ mənsubu olan hüquqşünaslara qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 60 vəkil barədə saxlanma qərarı verilib. Onların axtarışları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti