...

Türkiyədə koronavirusdan sağalanların sayı 260 min nəfəri ötüb

Dünya xəbərləri Materials 14 Sentyabr 2020 21:17 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 260 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 63 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 119 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 716 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 292 878 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 225 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 260 058 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti