...

Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord

Dünya xəbərləri Materials 19 Sentyabr 2020 11:40 (UTC +04:00)
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord

Bakı. Trend:

Gürcüstanda son sutka ərzində 187 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 3 306 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 18-da (182 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 481 nəfər sağalıb, 1 806 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti