...

Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2020 11:20 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 938 nəfərə çatıb

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 47 667 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 115 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 938 nəfər koronavirusdan ölüb, 3 765 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti