Bakı. Trend:
“Tesla” şirkəti elektromobillər üçün yeni akkumulyatorların istehsalını elan edib.
Trend-in məlumatına görə, bununla əlaqədar şirkətin rəhbəri Elon Maskın təqdimatı ilə mərasim keçirilib.
Qeyd olunur ki, bu akkumulyatorlar hazırkı analoqlarından daha güclü olacaq.
E.Mask bildirib ki, yeni qurğular avtomobilin əlavə enerji yükləmədən daha uzun məsafə qət etməsinə yol açacaq ki, bu da yaxın gələcəkdə elektrik avtomobillərinin ucuzlaşmasına səbəb olacaq. Onun sözlərinə görə, təxminən 3 il sonra 25 min dollara elektromobil almaq mümkün olacaq. Bu maşınlar tamamilə kompüter vasitəsilə, sürücü olmadan idarə olunacaq.
Yeni akkumulyatorların 2021-ci ilin sonunadək istehsalının başlanması planlaşdırılır.