...

Ermənistanda son sutkada 327 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 29 Sentyabr 2020 12:15 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 49 901 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 327 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 958 nəfər koronavirusdan ölüb, 4 798 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti